Səudiyyə rəsmilərinin texniki heyəti Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin yerləşdiyi binaya baş çəkib. Bu barədə İSNA agentliyi məlumat yayıb.
Az.rasthaber.com "Sputnik" ə istinadən xəbər verir ki, Krallığın nümayəndələri şənbə günü İslam Respublikasına gəliblər, həmin gün İran Xarici İşlər Nazirliyində olublar. Nümayəndə heyətinin səfərinin məqsədi Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin açılışına hazırlıqdır.
Martın 10-da Tehran və Ər-Riyad iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərin işini bərpa etmək barədə razılığa gəliblər. İki ölkənin nümayəndələri Pekində bir neçə gün danışıqlar aparıb, nəticədə üçtərəfli bəyanat hazırlanıb.
Ər-Riyadla Tehran arasında münasibətlər 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə Ənsarullaha (husilərə) qarşı hərbi əməliyyat keçirməsi ilə gərginləşib. 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanının İranla diplomatik əlaqələri kəsib.