Səudiyyə rejiminə aid casus təyyarəsi vuruldu

Səudiyyə rejiminə aid casus təyyarəsi vuruldu

Səud rejimi Yəmən ilə atəşkəs etdiyini bildirsə də, hücumlarını daha da artırıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Ordusu və könüllü xalq gücləri Hudeyda vilayətindəki al-Darahimi şəhərində Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya güclərinə aid bir casus təyyarəsini vurub.

Bu haqda Al Masirah telekanalı məlumat yayıb.

Bu arada Yəmən Ordusunun sözcüsü Yəhya Səri, ABŞ-Səud koalisiyasına aid qırıcıların son 24 saatda Maarib və əl-Covf vilayətlərind 30 hava hücumu həyata keçirdiklərini bildirib.

Qeyd edək ki, Səud rejimi Yəmən ilə atəşkəs etdiyini bildirsə də, hücumlarını daha da artırıb.

Xəbəri paylaş

VİDEOLAR