"Səudiyyə hökuməti bu edamların təfərrüatları ilə bağlı həqiqəti açıqlamır və onların dediklərinə etibar etmək olmaz".
Səudiyyə rejimi edam edilən şəhidlər üçün yas mərasimləri keçirməsinə mane olub
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Müxalifət Dərnəyinin yüksək rütbəli məmuru Həmzə əl-Şaxuri kütləvi edam edilən yəmənli əsirlər üçün yas mərasimlərinin keçirilməsinin qarşısının alındığını bildirib.
O bildirib ki, Səudiyyə hökuməti bu edamların təfərrüatları ilə bağlı həqiqəti açıqlamır və onların dediklərinə etibar etmək olmaz:
'Çünki Səudiyyə Ərəbistanında ölüm hökmləri açıq-aşkar ittihamlara deyil, saxta ittihamlara əsaslanır".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi şənbə günü 81 nəfəri edam edib.