Səudiyyə Ərəbistanının xarici işlər naziri Suriyaya gedəcək

Səudiyyə Ərəbistanının xarici işlər naziri Suriyaya gedəcək

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bu gün rəsmi danışıqlar aparmaq üçün Suriyaya gedəcək.

Az.rasthaber.com xəbər verir ki, Suriya İnformasiya Nazirliyi Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl-Səudun bu gün Suriyanın paytaxtı Dəməşqə səfər edəcəyini açıqlayıb.

"Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Suriyaya rəsmi səfər etmək üçün bu gün Dəməşq Beynəlxalq Hava Limanına gələcək", - nazirliyin açıqlamasında bildirilir.

Bu, Suriyada müharibə başlayandan bəri Səudiyyə Ərəbistanına ilk yüksək səviyyəli rəsmi səfər olacaq.

Səudiyyə Ərəbistanının xarici işlər nazirinin Suriya prezidenti Bəşər Əsədlə görüşü gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR