Səudiyyə Ərəbistanının müdafiə naziri İrana səfər edib

Səudiyyə Ərəbistanının müdafiə naziri İrana səfər edib

Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid ibn Salman Ali-Səud yüksək rütbəli heyətin müşayiəti ilə Tehrana gəlib və Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən rəsmi şəkildə qarşılanıb.

Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Müdafiə naziri bu səfər çərçivəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İranın yüksək rütbəli siyasi və təhlükəsizlik rəsmiləri ilə görüşəcək və müzakirələr aparacaq.

Bu görüşdə İran və Səudiyyə Ərəbistanının iki yüksək səviyyəli müdafiə rəsmisi arasında regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün müdafiə əlaqələrinin və regional əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin terrorizmlə mübarizə mövzuları var.

Xəbəri paylaş

VİDEOLAR