Səudiyyə Ərəbistanında tarixi məscid sökülüb

Səudiyyə Ərəbistanında tarixi məscid sökülüb

Səudiyyə Ərəbistanının şərqindəki Əl-Avamiyə şəhəri yaxınlığındakı tarixi Əl-Xərif məscidi sökülüb.

Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Səudiyyə Ərəbistanının şərqində, əsasən şiələrin yaşadığı əl-Avamiyə şəhəri yaxınlığındakı tarixi Əl-Xərif məscidi sökülüb.

Əl Avamiyə və Əl-Kadeh şəhərləri arasında yerləşən tarixi məscidin yolun genişləndirilməsi səbəbiylə söküldüyü öyrənilib.

Qeyd edək ki, təxminən 34 milyon əhalisi olan Səudiyyə Ərəbistanında yüzdə 10-15 arasında olduğu təxmin edilən şiə əhalisinin əksəriyyəti də ölkənin şərqindəki Qətif bölgəsində yaşayır.

Yerli əhali də bu neftlə zəngin bölgədə gəlirlərin ədalətsiz bölüşdürülməsi səbəbindən yoxsuldur və dini cəhətdən sıxışdırılır.

Xəbəri paylaş

VİDEOLAR