Səudiyyə Ərəbistanı Yəmən Ənsarullah Hərəkatını Ər-Riyada dəvət edib

Səudiyyə Ərəbistanı Yəmən Ənsarullah Hərəkatını Ər-Riyada dəvət edib

Səudiyyə Ərəbistanı atəşkəs və siyasi həll danışıqlarını davam etdirmək üçün Yəmənin Ənsarullah Hərəkatını paytaxt Ər-Riyada dəvət edib.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərəkatı da dəvətə müsbət cavab verib və atəşkəs danışıqlarını davam etdirmək üçün Sənadan bir nümayəndə heyətinin Ər-Riyada getdiyini açıqlayıb.

Əl-Aləm-in məlumatına görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib:

"Səudiyyə Ərəbistanı atəşkəs və siyasi həll danışıqlarını başa çatdırmaq üçün Sənadan bir nümayəndə heyətini Ər-Riyada səfərə dəvət edib. Səudiyyə Ərəbistanı və Oman Yəməndə daimi və hərtərəfli atəşkəsə və bütün Yəmən tərəfləri üçün məqbul olan davamlı siyasi həllə nail olmaq üçün səyləri davam etdirmək istəyirlər".

Yəmən Ənsarullah Hərəkatının Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi də X sosial media platformasında verdiyi açıqlamada Sənadan bir nümayəndə heyətinin danışıqları davam etdirmək üçün Yəməndən ayrılaraq Ər-Riyada yola düşdüyünü bildirib.

Xəbəri paylaş

VİDEOLAR