Səudiyyə Ərəbistanı və Küveytdən İranla gərginlik yaradacaq addım

Səudiyyə Ərəbistanı və Küveytdən İranla gərginlik yaradacaq addım

Küveyt və Səudiyyə Ərəbistanı, Fars körfəzindəki Durra qaz yatağının daxil olduğu bölünmüş neytral zona kimi tanınan ərazinin iki ölkənin yeganə mülkü olduğunu bildirdi.

Az.rasthaber.com xəbər verir ki, Küveyt və Səudiyyə Ərəbistanı xarici işlər nazirliklərinin birgə bəyanatında sözügedən bölgənin sərvətlərindən istifadə hüquqlarının tamamilə iki ölkəyə aid olduğu qeyd edilib.

Aşıqlamada deyilib:

“Beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə uyğun olaraq, Küveyt və Səudiyyə Ərəbistanı İranı bölünmüş bölgənin şərq sərhədi ilə bağlı danışıqlara çağırışlarını təkrarlayır”.

İranın neft naziri Cavad Ovci avqustun 2-də Nazirlər Kabinetinin iclasından sonra mətbuata verdiyi açıqlamada Fars körfəzindəki Araş/Durra qaz yatağı ilə bağlı Küveytlə birgə işləməyə hazır olduqlarını bildirib.

Xəbəri paylaş

VİDEOLAR