Səudiyyə Ərəbistanı və İordaniya Sudandakı vətəndaşlarını təxliyə edir

Səudiyyə Ərəbistanı və İordaniya Sudandakı vətəndaşlarını təxliyə edir

Səudiyyə Ərəbistanı Sudandakı vətəndaşlarını və dost ölkələrin diplomatlarını təxliyə etməyə başladığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən bəyanatda qeyd olunub.
Bəyanatda bildirilib ki, Sudanda yaşayan vətəndaşlarımızı və bəzi dost ölkələrin diplomatlarını ölkədə yaşanan toqquşmalar səbəbindən təxliyə etməyə başladıq.
Məlumata görə, təxliyə ilə bağlı göstərişi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman verib.
Bəyanatda sözügedən “dost ölkələr”lə bağlı ətraflı məlumat verilməyib.
İordaniya da öz vətəndaşlarını Sudandan təxliyə etməyə başladığını açıqlayıb.
İordaniya Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı verilən  yazılı açıqlamada Krallığın Sudandakı vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün lazımi göstərişi verdiyi və bu istiqamətdə ölkədəki iordaniyalıların təxliyə planının həyata keçirildiyi bildirilib. 
Bölgədəki təhlükəsizlik vəziyyəti səbəbindən təxliyyə əməliyyatının Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin koordinasiyası ilə həyata keçiriləcəyi ifadə edilib. 
Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərində ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qarşıdurmalar  nəticəsində indiyənədək azı 300 nəfər ölüb.

Xəbəri paylaş

VİDEOLAR