Səudiyyə Ərəbistanı Suriyaya qarşı sanksiyaların ləğvini tələb edir

Səudiyyə Ərəbistanı Suriyaya qarşı sanksiyaların ləğvini tələb edir

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Suriyaya qarşı birtərəfli və beynəlxalq sanksiyaların ləğv edilməli olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Bin Fərhan Ər-Riyadda keçirilən Suriya görüşündən sonra açıqlamalar verib.

Bin Fərhan Suriyaya qarşı sanksiyalara toxunaraq, “Suriyaya qarşı tətbiq edilən təktərəfli və beynəlxalq sanksiyalar ləğv edilməlidir” deyib.

İstənilən çağırışda narahatlıq mənbəyi ilə bağlı problemlərin dialoq, dəstək və layihələrlə həll edilməsi lazım olduğunu deyən Bin Fərhan bildirib:

“Suriyanın gələcəyi suriyalıların əlindədir”.

Suriyanın birliyi və suverenliyinə diqqət çəkən Bin Fərhan, Suriya dövləti üçün imkanların inkişaf etdirilməsi, iqtisadi və müxtəlif humanitar sahələrdə yardımların göstərilməsini vurğuladıqlarını bildirib.

Xəbəri paylaş

VİDEOLAR