Səudiyyə Ərəbistanı İsraillə normallaşmaq üçün ŞƏRTİNİ açıqlayıb

Səudiyyə Ərəbistanı İsraillə normallaşmaq üçün ŞƏRTİNİ açıqlayıb

Məhəmməd bin Salman ABŞ-ın vasitəçiliyi ilə sionist rejimlə aparılan normallaşma danışıqlarından danışıb.

Az.rasthaber.com xəbər verir ki, Məhəmməd bin Salman Fələstin məsələsinin sionist rejimlə normallaşma baxımından onlar üçün çox önəmli olduğunu vurğulayıb.

Sionist rejimlə Səudiyyə Ərəbistanı arasında heç bir diplomatik münasibət yoxdur. ABŞ isə Səudiyyə Ərəbistanının İsraillə, eləcə də Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Mərakeş və Sudan kimi ərəb ölkələri ilə normallaşma sazişi imzalamasına vasitəçilik edir.

Səudiyyə Ərəbistanının Fələstin probleminin normallaşması üçün İsraildən konkret addımlar atmasını istədiyi bildirilərkən, ABŞ-dan “təhlükəsizlik zəmanəti” və “mülki məqsədlər üçün nüvə enerjisi” tələb etdiyi də qeyd edilib.

Sionist İsraildə ifrat sağçı fiqurların kritik mövqelər tutduğu və ölkə tarixində “ən sağçı kabinet” olaraq xarakterizə edilən hökumətə başçılıq edən Netanyahunun fələstinlilərlə bağlı güzəştə getməkdə çətinlik çəkəcəyi düşünülür.

Xəbəri paylaş

VİDEOLAR