Səudiyyə Ərəbistanı İsraillə normallaşma prosesini dondurub

Səudiyyə Ərəbistanı İsraillə normallaşma prosesini dondurub

Səudiyyə Ərəbistanı rəhbərliyi Qəzzada baş verən hadisələrə görə Təl-Əvivlə normallaşma prosesini dondurub.

Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanının sionist İsraillə münasibətləri normallaşdırmaq üçün danışıqları dayandırdığı açıqlanıb.

Euronews-un məlumatına görə, Səudiyyə hökumətinə yaxın mənbə verdiyi açıqlamada, İsrail və HƏMAS arasında müharibənin davam etdiyi bir mühitdə Ər-Riyadın Təl-Əvivlə mümkün normallaşma danışıqlarını dayandırmağa qərar verdiyini bildirib.

ABŞ dövlət katibi Antoni Blinkenin Yaxın Şərq turu çərçivəsində hazırda Ər-Riyadda olduğunu bildirən mənbə Səudiyyə Ərəbistanının “İsrail ilə mümkün normallaşma danışıqlarını dayandırmağa qərar verdiyini və bu barədə ABŞ rəsmilərini məlumatlandırdığını” bildirib.

“Reuters”in məlumatına görə, məsələdən xəbəri olan iki mənbə Səudiyyə Ərəbistanının ABŞ-ın dəstəklədiyi İsraillə münasibətləri normallaşdırmaq planlarını dayandırdığını və xarici siyasət prioritetlərini sürətlə nəzərdən keçirdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR