Səudiyyə Ərəbistanı İranın neft və qaz layihələrində iştirak etməyi təklif edib

Səudiyyə Ərəbistanı İranın neft və qaz layihələrində iştirak etməyi təklif edib

Az.Rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanı İranın neft və qaz layihələrində iştirak etməyi təklif edib.

Bunu Shafaqna Farsi-yə İranın neft naziri Cavad Ovci bildirib.

O bildirib ki, OPEC və OPEC Plus-da Səudiyyə Ərəbistanı ilə çox müsbət neft əməkdaşlığı var. İxrac və qərarlarla bağlı Səudiyyə Ərəbistanı OPEC+-da bəyanat verdi ki, biz onlarla tamamilə həmrəyik və ümumi baxışlarımız var.

O, sözlərinə belə davam edib: “Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrinin neft və qaz layihələrinə sərmayə qoyması ilə bağlı İrana da təkliflər verildi və biz bu təklifləri müsbət qarşıladıq.”

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı arasında yaranmış diplomatik qalmaqallardan sonra əlaqələr dayandırılmış, bu il isə Çin bu iki ölkə arasında vasitəçi olaraq onları biraraya gətirib. Hər iki tərəf vasitəçiliyi qəbul edərək, qarşılıqlı olaraq ölkələrində diplomatik missiyalarını bərpa ediblər.

Xəbəri paylaş

VİDEOLAR