Səudiyyə Ərəbistanı: Fələstinlilərin deportasiyasına qarşıyıq

Səudiyyə Ərəbistanı: Fələstinlilərin deportasiyasına qarşıyıq

Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin məlumatına görə, Məhəmməd bin Salman Kanadanın baş naziri Castin Trüdo və Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb.

Az.rasthaber.com xəbər verir ki, Trüdo ilə görüşündə Məhəmməd bin Salman qeyd edib ki, regionda gərginliyin azaldılması və zorakılıq dairəsinin genişlənməsinin qarşısını almaq üçün hər cür səy göstərilməlidir.

Qəzzaya tibbi və humanitar yardımların çatdırılması lazım olduğunu qeyd edən Salman, Səudiyyə Ərəbistanı olaraq fələstinlilərin Qəzzadan kütləvi şəkildə deportasiya edilməsinə qarşı olduqlarını bildirib.

Məhəmməd bin Salman Makronla görüşündə mülki şəxslərin hər hansı şəkildə hədəf alınmasının əleyhinə olduqlarını və beynəlxalq humanitar hüquqa riayət etməyin vacibliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR