Səudiyyə Ərəbistanı elektron viza müraciətinə keçir

Səudiyyə Ərəbistanı elektron viza müraciətinə keçir

Səudiyyə Ərəbistanı Türkiyə də daxil olmaqla 12 ölkə üçün elektron viza müraciətinə keçir.

Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanı artıq 12 ölkədəki nümayəndəliklərində və konsulluqlarında QR kodlu A4 kağızında iş, səfər və yaşayış vizalarının veriləcəyini açıqlayıb.

Səudiyyə Ərəbistanının mülki aviasiya idarəsindən verilən açıqlamada, sözügedən vizalar üçün Türkiye, Pakistan, Yəmən, Sudan, Uqanda, Livan, Nepal, Keniya, Mərakeş, Tailand, Vyetnam və Şri Lankadakı nümayəndəlik və konsulluqlarda elektron viza müraciətinə başlanıldığı bildirilib.

Qeyd olunub ki, qərarın icra tarixi ölkələrə görə fərqlidir və Türkiye üzrə icraya avqustun 16-da başlanılacaq.

Xəbəri paylaş

VİDEOLAR