Səudiyyə Ərəbistanı Bəşər Əsədi ərəb liderlərinin görüşünə dəvət edib

Səudiyyə Ərəbistanı Bəşər Əsədi ərəb liderlərinin görüşünə dəvət edib

Səudiyyə mənbələri Səudiyyə rəsmilərinin Suriya prezidentini ərəb liderlərinin Ər-Riyadda keçiriləcək görüşünə rəsmi dəvət etməkdə qərarlı olduğunu bildirir.

Az.rasthaber.com xəbər verir ki, Reuters xəbər agentliyi bazar günü Səudiyyə mənbələrinə istinadən xəbər verib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti Suriya prezidenti Bəşər Əsədi Ər-Riyadda keçiriləcək ərəb sammitində iştirak etmək üçün dəvət etməyi düşünür.

Bu xəbərə görə, eyni istiqamətdə Səudiyyə Ərəbistanının xarici işlər naziri “Feysal bin Fərhan” da yaxın günlərdə Dəməşqə gedəcək və şəxsən Bəşər Əsədə dəvəti təqdim edəcək.
Qeyd edək ki, Ərəb liderlərinin növbəti görüşünün mayın 19-da Ər-Riyadda keçirilməsi planlaşdırılır.

Amerikanın “Wall Street Journal” qəzeti də bu bazar günü verdiyi xəbərdə Misir və Suriya prezidentləri Əbdülfəttah əs-Sisi və Bəşər Əsədin bu ayın sonunda görüşəcəklərini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR