19.06.2021 13:44:36
Yəmən ordusunun sözcüsü Yəhya Səri açıqlayıb
Rasthaber Azərbaycan xəbər verir ki, "Al Masirah" telekanalının məlumatına görə, Yəmən ordusunun sözcüsü Yəhya Səri ordu və könüllülər tərəfindən Səudiyyənin Hamis Muşayt bölgəsindəki Məlik Xalid hərbi hava bazasına PUA-larla hücum həyata keçirildiyini önə çəkib.
Ordu sözcüsü hücumun "Qəsif 2K" tipli PUA-larla həyata keçirildiyini bildirib.
Yəhya Səri hərbi hədəflərin tam dəqiqliklə vurulduğunu önə çəkərək, hücumların Yəmən xalqına qarşı hava hücumları və embarqolara cavab olaraq həyata keçirildiyini qeyd edib.
Xatırladaq ki, son aylarda bu hava bazası dəfələrlə Yəmən müqavimətinin hücumuna məruz qalıb.