Səudiyyə məhkəməsi 3 nəfəri ölüm cəzasına məhkum edib

Səudiyyə məhkəməsi 3 nəfəri ölüm cəzasına məhkum edib

Səudiyyə məhkəməsi Neom layihəsinə yer açmaq üçün zorla qovulan qəbilənin üç üzvünü ölüm cəzasına məhkum edib.

Az.rasthaber.com xəbər verir ki, Ərəbistanın vəliəhdi şahzadəsi Məhəmməd Bin Salman 2030-cu il perspektivi çərçivəsində 500 milyard dollarlıq NEOM nəhəng iqtisadi zona layihəsini 26,5 min kvadrat kilometr sahədə həyata keçirməyə çalışır. 

Əl-Qist insan haqları təşkilatı bildirib ki, Səudiyyə Ərəbistanının Cinayət Məhkəməsi Şadli Əl-Hoveyti, Ətaullah Əl-Hoveyti və İbrahim Əl-Hoveyti haqqında ölüm hökmü çıxarıb. Bu üç nəfər daha əvvəl NEOM ayihəsinin həyata keçirilməsi üçün evlərini tərk etmək istəmədiklərini bildirmişdilər. 

Bu üç nəfərin edam hökmü Əl-Hüveyti ailəsinin bəzi üzvlərinə həbs cəzası verildikdən bir ay sonra verilib. Onlardan bəziləri 50 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş

VİDEOLAR