Yəmən Neft Şirkəti təcavüzçü Səudiyyə koalisiyasının neftlə dolu yeni gəmini ələ keçirərək, onun Əl-Hüdeydə limanına çatmasına mane olduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmən Neft Şirkətinin sözçüsü İsam Mütəvəkkil, koalisiyanın 22 915 ton mazut və 7 296 ton dizel daşıyan Foss Power tankerini ələ keçirdiyini açıqlayıb.
Mütəvəkkil əlavə edib ki, tanker əl-Hüdeydə limanına daxil olmaq üçün Birləşmiş Millətlər Təşkilatından bütün yoxlamaları və icazələri alıb.
Təcavüzçü koalisiyanı dəniz quldurları kimi xarakterizə edən Mütəvəkil deyib:
"Təcavüzçülər Yəmən xalqının mühasirədən çəkdiyi əziyyətləri yüngülləşdirmək və gəmilərin Hudeydə limanına daxil olmasının qarşısını almaq üçün edilən bütün səylərə məhəl qoymurlar".