Səudiyyə koalisiyası Yəmənin daha 9 neft tankerini saxlayıb

Səudiyyə koalisiyası Yəmənin daha 9 neft tankerini saxlayıb

Yəmən milli qurtuluş hökumətinin neft şirkəti bu ölkənin doqquz neft tankerinin təcavüzkar səud koalisiyası tərəfindən saxlanıldığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Yəmən milli qurtuluş hökumətinin neft şirkətinin sözçüsü Əssam Mütəvəkkil deyib: Atəşkəsin təcavüzkar səud koalisiyası tərəfindən pozulması, dəniz quldurluğunun davam etməsi və neft məmulatları daşıyan doqquz gəminin saxlanılması, neft məmulatlarının rasionlaşdırılması böhranının meydana gəlməsinə gətirib çıxarıbdır.

Əlmutəvəkkil əlavə edib: Yəmən neft şirkəti neft məmulatlarını idxal etmək, onları bütün vətəndaşlara təhvil vermək və yerdə qalan miqdarı idarə etmək üçün bu gün fövqəladə bir layihəni həyata keçirir.

Əlmütəvəkkil təcavüzkarların və BMT-nin, yanacaq daşıyan gəmilərin güclü mühasirəsinin davam etməsinin birbaşa və dolayısı ilı iqtisadi və insani nəticələrində məsuliyyət daşıdıqlarını bildirib.

Xəbəri paylaş

VİDEOLAR