Səudiyyə koalisiyası yenidən Taiz şəhərinə hücum edib

Səudiyyə koalisiyası yenidən Taiz şəhərinə hücum edib

Səudiyyə koalisiyasına bağlı muzdlular Yəmənə qarşı hücumlarının davam etməsindən sonra Taizdə bir bölgəni növbəti dəfə hədəfə alıblar.

Az.rasthaber.com xəbər verir ki, Yəmən mediası Səudiyyə koalisiyasının muzdlularına məxsus pilotsuz təyyarənin Taizdəki Makbana bölgəsini hədəf aldığını açıqlayıb.

Ötən gün Səudiyyə koalisiyasının muzdlularına məxsus artilleriya qüvvələrinin Taizin əl-Ahdur bölgəsinə hücumu nəticəsində 3 nəfər ölüb, çoxlu sayda qadın və uşaq olmaqla 14 nəfər yaralanıb.

Səudiyyə koalisiyasının muzdlularına məxsus pilotsuz təyyarənin Taizin Makbana bölgəsini bombalaması və hədəf alması nəticəsində vətəndaşların əmlakına və binalarına ziyan dəyib.

Xatırladaq ki, iyulun 24-də Səudiyyə koalisiyasının pilotsuz təyyarəsi Taizin Həzran bölgəsində çoxlu Yəmən vətəndaşının evlərini hədəfə alıb.

Səudiyyə koalisiyasına bağlı muzdluların Taizdə Yəmən vətəndaşlarına qarşı hücumları beynəlxalq ictimaiyyətin sükutunun kölgəsində son dövrdə artıb.

Xəbəri paylaş

VİDEOLAR