Yəmənin Milli Azadlıq Hökumətinin İnsan Haqları Naziri Səudiyyə-BƏƏ koalisiyasının Yəmənə qarşı müharibəsinin başlamasından bu yana səkkiz min yəmənli uşağın bu koalisiya qüvvələrinin hücumları nəticəsində şəhid olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Yəmənin Milli Azadlıq Hökumətinin İnsan Haqları Naziri Əli Deyləmi deyib:
“Səudiyyə-BƏƏ koalisiyasının Yəmənə qarşı müharibəsinin başlamasından bu yana səkkiz min yəmənli uşaq bu koalisiya qüvvələrinin birbaşa hücumları nəticəsində həyatını itirib”.
Əli Deyləmi yəmənli uşaqların birbaşa və dolayı yolla öldürülməsinin davam etdiyini bildirib və deyib:
"Beynəlxalq insan haqları institutlarının mənəvi tənəzzülü və ədalətsizliyinə təəssüf edilməlidir.
Çünki onlar yalançı statistika ilə koalisiyanın üzünü təmizləməyə çalışırlar, eyni zamanda yəmənli uşaqları dəstəkləmək üçün tədbirlər gördüklərini iddia edirlər.
Bu qurumlar yəmənli uşaqlar üçün heç bir tədbir görmədilər və bu məsələ beynəlxalq qurumları rüsvay etdi. Bu qurumlar yəmənli uşaqların qanı bahasına koalisiya ölkələri ilə müqavilə imzalayan qurumlardır.".
Səudiyyə Ərəbistanı ərəb koalisiyasının lideri olaraq 2015-ci il martın 26-dan Yəmənin istefa vermiş prezidentini hakimiyyətə qaytarmaq üçün ABŞ-ın dəstəyi və əmri və BMT-nin dəstəyi ilə Yəmənə hərbi hücuma başlayıb və bu ölkəni qurudan, havadan və dənizdən mühasirəyə alıb.