Ölkənin daxili işlər nazirliyi məlumat yayıb
Məscidül-Hərama, onun ətrafındakı əraziyə və Həcc yerlərinə icazəsiz şəkildə daxil olmağa cəhd edən hər kəs cərimələnəcək.
Az.Rasthaber.com xəbər verir ki,bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyindən bildirilib.
Qadağa bazar ertəsindən Həcc ziyarəti dövrünün sonunadək davam edəcək.
Cərimə məbləği isə 10 min Səudiyyə rialı (2666 dollar) olacaq.
Müqəddəs məkanlar Mina, Müzdəlifə və Ərəfat da daxildir.
Qaydanı pozan şəxsi ikinci dəfə də tutularsa, cərimə məbləği ikiqat olacaq.