Səudiyyə HƏMAS üzvlərinin mühakiməsinə başladı

Səudiyyə HƏMAS üzvlərinin mühakiməsinə başladı

Prosesə xüsusi olaraq nəzarət edilir və məhkəmələr qapalı keçirilir.

Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında saxlanılan iordaniyalı və fələstinli HƏMAS üzvlərinin mühakiməsinə başlanılıb.

Bu barədə yerli hüquq müdafiəçiləri məlumat yayıblar.

Məlumatda vurğulanır ki, Səudiyyə Ərəbistanı hökuməti prosesə xüsusi olaraq nəzarət edir və məhkəmələr qapalı keçirilir.

HƏMAS mətbuat katibi Hazim Qasim də açıqlama yayaraq Səudiyyə Ərəbistanının bu addımını pislədiklərini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR