Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətlərini yerinə yetirmək istəyən zəvvarlar üçün yeni şərtlərini elan edib.
Rastahaber Azərbaycan xəbər verir ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətlərini yerinə yetirmək istəyən zəvvarlar üçün yeni şərtlərini elan edib.
Belə ki, zəvvarlar yalnız koronavirus əleyhinə vaksinasiyadan sonra ziyarətə buraxılacaqlar.
“Həccdə iştirakın əsas şərti yeni koronavirusdan vaksinasiyadır”, – deyə krallığın səhiyyə naziri Taufiq ər-Rabia bildirib.
Bu ilk Məkkə və Mədinə şəhərlərində Həcc ziyarəti iyul ayının ortalarında baş tutacaq. Ötən il pandemiya səbəbi ilə ziyarətdə cəmi 10 min nəfər iştirak edib – onların 30 faizi yerli sakinlər, 70 faizi isə ölkədə yaşayan əcnəbilər olub.