Səudiyyə də öz hava məkanını İsrailin üzünə açdı

Səudiyyə də öz hava məkanını İsrailin üzünə açdı

Səudiyyə Ərəbistanı İsraildən Şərqə və əks istiqamətində olan bütün reyslər üçün öz hava məkanını açmağa razılıq verib.

Rasthaber Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşner məlumat verib.

Kuşner xatırladıb ki, Səudiyyə Ərəbistanı artıq öz hava məkanını Tel-Əviv-Əbu-Dabi reysləri üçün açıb.

Onun sözlərinə görə, krallı hava yolunu təkcə İsrail və BƏƏ arasında yox, həm də şərq istiqamətindən Tel-Əvivə olan bütün reyslər üçün açıb.

Kuşner kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salama təşəkkür edib.

O deyib ki, ərəb ölkələri Fələstin-İsrail probleminin həlli istiqamətindəki durğunluğa görə öz işlərinin pozulmasını istəmir.

Xatırladaq ki, BƏƏ Misir və İordaniyada sonra İsraillə münasibətləri normallaşdıran 3-cü ərəb ölkəsidir.

Xəbəri paylaş

VİDEOLAR