Yəmən mənbələri Səudiyyə-BƏƏ koalisiyasının təcavüzünün davam etdiyini və atəşkəsin pozulduğunu, onlarla insanın həlak olduğunu və yaralandığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmənin Səhiyyə Nazirliyi atəşkəs elan olunduqdan sonra Səudiyyə-BƏƏ koalisiyasının təcavüzü nəticəsində ölən və yaralananların sayının 387 nəfərə çatdığını açıqlayıb.
Yəmən Səhiyyə Nazirliyi əlavə edib ki, atəşkəsə baxmayaraq, Səudiyyə koalisiyasının Sədəyə qarşı həyata keçirdiyi artilleriya hücumları nəticəsində 31 nəfər ölüb, 261 nəfər yaralanıb.
"Səudiyyə sərhədçilərinin Yəmən və Ərəbistan sərhədində yerləşən Sədə əyalətinin bəzi bölgələrinə təşkil etdiyi hücumlarda 32 nəfər şəhid olub və ya yaralanıb", - nazirlikdən bildirilib.