Sudani: ABŞ koalisiyası İraqı tərk etməlidir!

Sudani: ABŞ koalisiyası İraqı tərk etməlidir!

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani cümə axşamı günü İsrailin Qəzzaya hücumları səbəbindən bölgədə gərginliyin artması fonunda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkəsini tərk etməsi çağırışını təkrarlayıb.

Az.rasthaber.org xəbər verir ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda televiziya ilə yayımlanan tədbirdə çıxış edən İraqın baş naziri deyib:

"Beynəlxalq koalisiya missiyasının sona çatması İraqın təhlükəsizliyi və sabitliyi üçün bir zərurətdir.

Bu həm də İraq və koalisiya ölkələri arasında konstruktiv ikitərəfli münasibətlərin davam etdirilməsi üçün zəruridir".

Hökuməti İrana bağlı partiyalar tərəfindən dəstəklənən Sudani son həftələrdə dəfələrlə xarici əsgərlərin İraqı tərk etməsini istədiyini bildirib.

Pentaqonun məlumatına görə, oktyabrın 17-dən yanvarın 11-dək ABŞ hərbçilərinə qarşı ən azı 130 hücum, o cümlədən 53-ü İraqda, 77-si Suriyada qeydə alınıb.

Sudani cümə axşamı verdiyi bəyanatda həmçinin bildirib ki, "beynəlxalq müşavirlərin missiyasının başa çatması ilə bağlı anlaşma və cədvələ nail olmaq üçün dərhal görüş başlanmalıdır".

Rəsmi qəbul edilən rəqəmlərə görə, ABŞ-ın İraqda təxminən 2500, Suriyada isə 900-ə yaxın əsgəri var.

İraqdakı koalisiya 2021-ci ilin sonundan etibarən bütün döyüş missiyalarını dayandırdığını və İraqdakı hərbi bazalarda yalnız məsləhət və təlim məqsədləri üçün yerləşdirildiyini açıqladı.

Sudani deyib ki, artıq koalisiyaya ehtiyac yoxdur.

"Bu gün İraqdakı və dostlarımız arasında olan bütün ekspertlərin qiymətləndirmələrinə görə, İŞİD İraq dövləti üçün təhlükə yaratmır", - Sudani deyib.

Xəbəri paylaş

VİDEOLAR