Sudanda kəndə hücum: 200-dən çox ölü və yaralı

Sudanda kəndə hücum: 200-dən çox ölü və yaralı

Sudanın şərqindəki əl-Sireha kəndinə silahlı hücum edilib.

Az.rasthaber.com xəbər verir ki, hücumu Sürətli Dəstək Qüvvələri edib.

Nəticədə 124 nəfər qətlə yetirilib, təxminən 100 nəfər isə yaralanıb.

Xatırladaq ki, artıq 1 ildən çoxdur ki, Sudanda Silahlı Qüvvələrlə Sürətli Dəstək Qüvvələri arasında toqquşma yaşanır, vətəndaş müharibə gedir. Bu, 10 milyondan çox insanın qaçqına çevrilməsi, çox sayda insanın ölümünə, həmçinin aclığa səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR