Sudanın paytaxtı Xartumda bazara pilotsuz təyyarənin hücumu nəticəsində azı 40 nəfər həyatını itirib.
Az.rasthaber.com xəbər verir ki, aprelin 15-də Sudanda ordu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurmalar davam edərkən, paytaxt Xartumda bir bazar yerinə PUA hücumu həyata keçirilib. Sərhədsiz Həkimlər Təşkilatının (MSF) verdiyi açıqlamada hücumda ən azı 40 nəfərin öldüyü, 60-dan çox insanın yaralandığı bildirilib.
Sərhədsiz Həkimlər Təşkilatının (MSF) verdiyi açıqlamada hücumda ən azı 40 nəfərin öldüyü, 60-dan çox insanın yaralandığı bildirilib.
Yerli mənbələr hücumun ordu tərəfindən edildiyini iddia edərkən, tərəflər hücumda bir-birini günahlandırıb.