Sudan hava məkanında uçuşlara qoyulan məhdudiyyətləri uzadıb

Sudan hava məkanında uçuşlara qoyulan məhdudiyyətləri uzadıb

Sudanın Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında uçuşlara qoyulan məhdudiyyətlərin uzadılması barədə qərar qəbul edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Xartum Beynəlxalq Hava Limanına istinadla məlumat yayıb.

Məlumata görə, hava məkanının bağlanması avqustun 15-dək uzadılıb. İstisna evakuasiya, eləcə də humanitar yardımla həyata keçirilən uçuşlardır.

Respublikada yaranmış vəziyyətlə əlaqədar aprelin 22-dən uçuş məhdudiyyətləri tətbiq edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb.

Xəbəri paylaş

VİDEOLAR