Səud şahzadələri koronavirusa yoluxdu

Səud şahzadələri koronavirusa yoluxdu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın valisi 77 yaşlı şahzadə Bəndər bin-Əbdüləziz də daxil olmaqla kral ailəsinin 150 üzvü koronavirusa yoluxub.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın valisi 77 yaşlı şahzadə Bəndər bin-Əbdüləziz də daxil olmaqla kral ailəsinin 150 üzvü koronavirusa yoluxub.

Rasthaber Azərbaycan report-a istinadən xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Bildirilib ki, kral ailəsinə daxil olan minlərlə şahzadə Avropaya səyahət edir. Onların virusa Avropada yoluxduqları ehtimal olunur. 

84 yaşlı kral Salman bin-Əbdüləzizin Qırmızı dəniz sahillərində yerləşən Ciddə şəhərinə yaxın bir adadakı sarayda öznütəcrid şəraitində yaşadığı bildirilib.

Şahzadə vəliəhd Məhəmməd bin-Salmanın isə bir neçə nazirlə birlikdə sarayda olduqlarına dair xəbər yayılıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında 2 795 yoluxma, 41 ölüm faktı qeydə alınıb.

Xəbəri paylaş

VİDEOLAR