Yəmən ordusu sözcüsü dünən verdiyi açıqlamada Səudiyyənin Yəmənin məzlum xalqına qarşı cinayətlərinin cavabsız qalmayacağını bildirib.
Rasthaber Azərbaycan "Tasnim" agentliyinə istinadən xəbər verir ki, Yəmən ordusu sözcüsü Yəhya Səri Səudiyyənin Yəmənə qarşı hücumlarına cavab ağır və sarsıcıdı olacağını deyib.
Yəmən Ordusunun sözcüsü qeyd edib ki, Səudiyyə koalisiyası ölkənin şimalında Sada şəhərinin Mənbə rayonunun ar-Raqu bazarında həyata keçirdiyi yeni cinayətinə görə cavabı gözləsin.
Çərşənbə axşamı Səudiyyə koalisiyasının artileriya rotasının ər-Raqu bazarını atəşə tutması nəticəsində ən az 38 nəfər həyatını itirib və yaralanıb.
Səudiyyənin Yəmənə qarşı başlatdığı müharibədə heç bir hədəfinə çatmamaqla yanaşı, bu günə qədər minlərlə yəmənli həyatını itirib və yaralanıb, minlərlə insan isə evindən didərgin düşüb.