Səudiyyə rəhbərliyindəki koalisiyanın Yəməni bombalaması davam edir
Rasthaber Azərbaycan "Al Masirah"a istinadən xəbər verir ki, Səudiyyə rəhbərliyindəki koalisiyanın Yəməni bombalaması nəticəsində 2 yaşlı uşaq şəhid olub.
Məlumata görə, Səud koalisiyasının Al Hudayda əyalətinin Al-Xamsin bölgəsinə endirdiyi aviazərbələr zamanı evlər dağılıb və 2 yaşlı uşaq dünyasını dəyişib.
Bundan başqa At-Tahita şəhərinə də zərbələr endirilib, evlər və təsərrüfatlara ciddi ziyan dəyib.
Ümumilikdə 110 zərbə endirilib.