Əl-Hadidənin müxtəlif bölgələrinə tərəf onlarla raket və mərmi atılıb
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmənin bir hərbi rəsmisi dünən gecə bildirib ki, səud təcavüzkarları və onların muzdluları ötən 24 saat ərzində Yəmənin Əl-Hadidə vilayətində 155 dəfə atəşkəsi pozub.
Hərbi rəsmi Yəmənin Al Masirah telekanalına verdiyi açıqlamada, səud təcavüzkarları və onların muzdlularının Əl-Hadidənin müxtəlif bölgələrinə tərəf onlarla raket və mərmi atıblar.
Adını açıqlamayan hərbi rəsmi bu haqda deyib: "Düşmən səudiyyəlilərin atəşkəsi pozması al-Cah, al-Cabliya və Qeylo 16 bölgələri səmalarında 6 casus təyyarəsinin uçması və Səud koalisiya güclərinin Şari Hamil və Qeylo 16-da yeni istehkamlar qurmaqdadır. Əl-Hadidədəki al-Hamiri və Qeylo 16 müşahidə mərkəzlərinə iki dəfə hücum edildi və bu vilayətin müxtəlif bölgədəri də 26 dəfə raket və artileriya hücumları ilə 124 dəfə atəş edilərək hədəf alındı. Səudiyyə Koalisiyasının hücumlarının birində al-Cah bölgəsindəki vətəndaşların evləri 23 dəfə atəş edilməsi nəticəsində yanıb."