SSRİ-nin əfsanəvi qapıçısı: Məscidə gedirdim, Qurandan yardım istəyirdim

SSRİ-nin əfsanəvi qapıçısı: Məscidə gedirdim, Qurandan yardım istəyirdim

SSRİ-nin əfsanəvi qapıçısı Rinat Dasayev bildirib ki, Qurani-Kərim onun həyatının çətin anlarında ona kömək edib

Rasthaber Azərbaycan  xəbər verir ki, SSRİ-nin əfsanəvi qapıçısı Rinat Dasayev bildirib ki, Qurani-Kərim onun həyatının çətin anlarında ona kömək edib və etməyə davam edir.

Futbolçu etiraf edib ki, hər oyunda qapının yanına balaca çanta qoyurdu və həmin çantanın içərisində ehtiyat əlcəklərlə yanaşı, Qurani-Kərim də olardı.

Mənim bütüm ailəm dindar insanlardır, mən özüm də, özü də uşaqlığımdan bəri. Evdə həmişə Quran olub. Bir dəfə yarışların birindən sonra onu məndən oğurladılar. Yəgin, topu ötürən uşaqlar ediblər. Mən o zaman olduqca çox pis oldum. Quran həmişə kömək edirdi. Yenisini almalı oldum”, – o qeyd edib.

Komandada hamı bilirdi ki, mən məscidə gedirəm. Baxmayaraq ki, Sovet İttifaqında bu, müsbət qarşılanmırdı. Bir dəfə yüksək vəzifəli bir insan belə dedi: “Mənə olar, amma sənə yox, çünki sən hər kəsin gözü qabağındasan və hər kəs səndən xəbərdardır”. O zaman hələ çox şey var idi ki, icazə verilmirdi. Məsələn, təlimlər zamanı zarafat etmək”, – o deyib.

Xatırladaq ki, milliyətcə tatar olan Rinat Dasayev oyun karyerasını 1991-ci ildə başa vurub. Onun oynadığı son komanda isə İspaniyanın “Sevilya” komandası olub.

13 il ərzində mən “Spartak” və millidə oynamışam. Oynamağı isə 35 yaşımda İspaniyada başa vurmuşam. Ayrılıq çətin idi. Lakin futbolda qalmağım bu vəziyyətdən xilas etdi, mən məşqçinin, həmçinin də qapıçının köməkçisi oldum. Futbol mənim həyatımdır, mən ömrümün çox ilini ona verdim. Ona görə də, fürsət olanda, İspaniyada veteranların tərkibində sahəyə çıxırdım və Rusiyaya qayıtdıqdan sonra da, sağlamlığım imkan verirsə, (oynamağa) davam edirəm”, – Dasayev bildirib.

Dasayev öz idman karyerası ərzində Avropa çempionatının gümüş mükafatçısı və Olimpiadanın bürün mükafatçısı olub, 6 dəfə “İlin qapıçısı” mükafatını qazanıb.

10 sezon oynadığı “Spartak”ın tərkibində 2 dəfə SSRİ çempionu olub. Baş məşqçi qismində “Sevilya” və Moskvanın “Torpedo” komandalarına rəhbərlik edib, həmçinin Rusiya millisini məşqçisi işləyib.

shafaqna

Xəbəri paylaş

VİDEOLAR