Əşrəf Qəni: Hökumətimizi ABŞ zəiflətdi

Əşrəf Qəni: Hökumətimizi ABŞ zəiflətdi

Qanuni prezident Əşrəf Qəni son müsahibəsində deyib ki, Ölkədəki bugünkü gərginliyə Amerikanın maraqları səbəb olur.

Qərbdən və Amerikadan gələn hesap-kitabsız maliyyə proqramları mərkəzi hökuməti zəiflətdi.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, O, yeni yaradılmış ABN şəbəkəsinə müsahibəsində indiyə qədər əlinin heç kimin qanına bulaşmadığını və əlinin korrupsiyadan azad olduğunu, qanuni transfer edilənə qədər Əfqanıstanın prezidenti olmağa davam edəcəyini vurğulayıb.
O hökumətinin Taliban tərəfindən devrilməsindən sonra ilk videomüsahibəsində sözllərinə əlavə edərək deyib ki, keçmiş müdafiə naziri Basmullah Məhəmmədi ondan əvvəl Əfqanıstanı tərk edib.
O əlavə edib ki, kabinet nazirlərinin əksəriyyəti avqustun 15-i səhər saat 9-dan əvvəl ölkəni tərk edib.
O, həmçinin əlavə etdi ki, Amerika ölkəni tərk etməmişdən əvvəl, yəni 15 avqust 2021-ci il səhər saat 9:00-da səfirliyini boşaldıb.  Əgər cümhuriyyəti dəstəkləmək planları var idisə, nə üçün qaçdılar?”
Əşrəf Qəni BBC-yə müsahibəsində bildirib ki,  “15 Avqust günü müdafiə naziri məndən qabaq ölkəni tərk etmişdi, əyalətlərin sürətlə süqutunun məsuliyyəti onun çiynində idi. Lakin Əfqanıstanı tərk edən sonuncu şəxs mən olmuşam.

Xəbəri paylaş

VİDEOLAR