2024-cü ilin yanvar ayının 24-dən qayda pozuntusu iddiası ilə 2 ay 14 gündür ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində cərimə təcridxanasında saxlanılır
Rasthaber operativ.tv-yə istinadən xəbər verir ki, ilahiyyatçı Şeyx Sərdar Hacıhəsənlinin karser müddəti müddətini daha bir ay uzadıb.
Bu barədə məlumatı ruhaninin vəkili Elçin Sadıqov bildirib.
E.Sadıqov bildirib ki, Şeyx Sərdar Hacıhəsənlinin 29 mart 2024-cü il tarixdə cərimə təcridxanasına ("kars") keçirilməsinin müddəti tamam olduqdan sonra, müdafiə tərərfinə məlumat vermədən yenidən kars müddətinin artırılmasına dair qərar verilib.
Vəkil bu barədə qərarın ona yeni bildirdiyini söyləyib.
Qeyd edək ki, saxta ittihamla şərlənərək 17 il azadlıqdan məhrum edilən ruhani Şeyx Sərdar Hacıhəsənli Ramazan ayının orucunu karserdə tutmaqla səbəbsiz olaraq cəzalandırılır. O, 7 saylı müəssisəyə köçürülən gündən karserdədir və görünən budur ki, müəssisə rəhbərliyi onu həbsxanaya buraxmamaq göstərişində israrlıdır.