Sionist təşkilatları və onların müttəfiqləri “antisemitizm” terminin tərifini redaktə etmək üçün səy göstərirlər.
Rasthaber Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu termin anlayışına sionizmin pislənməsini də əlavə etmək təklif olunur.
“Sionist” və “yəhudi” anlayışlarını birləşdirmək planlaşdırılır. Bu baş verəcəyi təqdirdə sionizmə qarşı səsləndirilən istənilən fikir yəhudilərin tənqidinə bərabər sayılacaq.
Nəticədə jurnalist və bloqerlər, həmçinin sadə insanların sosial şəbəkələrdə İsraili tənqid etmək imkanları məhdudlaşacaq. Həmçinin İsrail və sionist təşkilatları Fələstinə qarşı törədikləri cinayətlərə görə beynəlxalq hüquq müdafiə qurumlarında məsuliyyətə cəlb edilməsi də mürəkkəbləşəcək.
Qeyd edək ki, antisemitizm və antisionizm terminlərini eyni cür dəyərləndirmək səhvdir. Çünki dünyada bir çox yəhudi var ki, nəinki özünü sionist hesab etmir, əksinə, sionizmə qarşı müxalifdirlər. Bu həmçinin ortodoksal yəhudilərə də aiddir, onlar İsraili əsl yəhudi dövləti kimi qəbul etmirlər.