Son sutkada Ukraynanın 87 hərbi obyekti vurulub

Son sutkada Ukraynanın 87 hərbi obyekti vurulub

Rusiya Silahlı Qüvvələri (SQ) yüksək dəqiqlikli havadan buraxılan raketlərlə Ukraynanın 4 hərbi obyektini, o cümlədən iki sursat anbarını məhv edib.

Az.rasthaber.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
"Gecə saatlarında Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli havadan buraxılan raketləri Ukraynanın 4 hərbi obyektini vurub. O cümlədən, düşmənin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi iki ərazi, həmçinin Xarkov vilayətinin Kurulka və Novaya Dmitrovka rayonlarında iki sursat anbarı məhv edilib ", - deyə Konaşenkov bildirib.
O əlavə edib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın 13 pilotsuz təyyarəsini və iki "Toçka-U" raketini vurub. "Rusiyanın hava hücumundan müdafiə sistemləri Novıy Mir, Oçeretino Mirnoye, Donetsk, Novolyubovka, Balakliya, Kazaçya Lopan qəsəbələrində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatını vurub", - Konaşenkov qeyd edib.
O vurğulayıb ki, BUK M1 zenit raket kompleksi ilə Zaporojye vilayətinin Tokmak və Xarkov vilayətinin Svatovo yaşayış məntəqələri üzərində iki Ukrayna "Toçka-U" raketi havada vurulub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya aviasiyası bir gecədə Ukraynanın 87 hərbi obyektini vurub.

Xəbəri paylaş

VİDEOLAR