Qəzza hökumətinin media bürosundan verilən açıqlamada uşaq qatili sionist İsrailin Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib.
Az.rasthaber.com xəbər verir ki, bəyanatda sionist rejimin oktyabrın 7-dən bəri həyata keçirdiyi hücumlarda Qəzzada 433 ailəni qətlə yetirdiyi və bu ailələrdən ümumilikdə 2421 nəfərin şəhid olduğu bildirilib.
Bəyanatda sionist rejimin son 24 saatda 471 nəfərin Əl-Əhli Baptist Xəstəxanasından olmaqla 678 nəfəri şəhid etdiyi, Qəzzada indiyədək şəhidlərin ümumi sayının 3 min 478 nəfər və yaralıların sayının 12 min 65 nəfər olduğu bildirilib.
Qəzzada Səhiyyə Nazirliyi də dağıntılar altında qalan 600-ü uşaq olmaqla 1300 nəfərin itkin düşdüyünü açıqlayıb.
Nazirlik bildirib ki, sionist İsrailin uşaq öldürən hücumlarında ölənlərin 70 faizi qadınlar, uşaqlar və qocalardır.
İşğal altındakı İordan çayının qərb sahilinin 40 kilometr qərbində yerləşən Budrus kəndinə basqın zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində fələstinli gənc həyatını itirib.
Digər tərəfdən, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Budrus kəndində gənclərlə kəndə basqın edən sionist İsrail əsgərləri arasında toqquşma baş verib.
Sionist rejim əsgərlərinin açdığı atəş nəticəsində bir fələstinli gənc şəhid olub, bir nəfər isə yaralanıb.
Eyni zamanda Fələstin Səhiyyə Nazirliyinin bəyanatına əsasən, Nablusda sionist rejim əsgərlərinin açdığı atəş nəticəsində 24 yaşlı gənc şəhid olub, Ramallahda bir yəhudi mühacirin atəş açması nəticəsində 21 yaşlı gənc şəhid olub.
Səhiyyə Nazirliyi oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində şəhid olan fələstinlilərin sayının 66-ya yüksəldiyini bildirib.