Somalidə törədilən terror aktı nəticəsində 27 nəfər ölüb

Somalidə törədilən terror aktı nəticəsində 27 nəfər ölüb

Somalinin mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, binaların dağıntıları altından daha 9 nəfərin cəsədi aşkarlanıb. Bununla ölənlərin sayı 27 nəfərə yüksəlib.

Qeyd edək ki, sentyabrın 23-də ölkənin Beledveyn şəhərində nəzarət-buraxılış məntəqəsində partlayış baş verib. Partlayıcılarla dolu yük maşını ilə törədilən terror hadisəsi nəticəsində onlarla insan kərpic və beton qalıqları altında qalıb.

Xəbəri paylaş

VİDEOLAR