30.05.2022 11:34:53
Somalidə terror aktı törədilib.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, partlayış Aşağı Şabelle əyalətində baş verib.
Terrorçular partlayıcı qurğunu hərbçilərin yaxınlığında işə salıblar.
Hadisə nəticəsində 5 nəfərin öldüyü bildirilir. Daha iki nəfər yaralanıb.
Partlayışa görə məsuliyyəti “Aş-Şabab” terror qruplaşması üzərinə götürüb.