Somalidə BMT və Afrika Birliyinin qərargahlarına hücum həyata keçirilib
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Somalinin paytaxtı Moqadişoda Birləşmiş Millətlər Təşkilatı (BMT) və Afrika Birliyi qәrargahlarına hücum edilib.
Dharkinli Rayon Polis İdarəsinin rəsmisi Abdi Yusif bu barədə məlumat paylaşaraq bildiriib: "BMT və Afrika Birliyi qərargahlarının yerləşdiyi Halane şəhərciyinə minaatan mərmilərlə hücum olunub. Nəticədə 3 adam həyatını itirib, 5 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti terror təşkilatı Əş-Şəbab öz üzərinə götürüb.