Somali terrorçuları bələdiyyə sədrinə hücum etdi: 6 ölü

Somali terrorçuları bələdiyyə sədrinə hücum etdi: 6 ölü

Somalidә terror tәşkilatı Əs-Şəbabın Aşağı Şabelle bәlәdiyyә sәdri Abdulkadir Sidinin konvoyuna tәşkil etdiyi hücum nәticәsindә altı hәrbçi hәyatını itirib.

Rasthaber Azərbaycan xəbər verir ki, tәhlükәsizlik mәnbәlәrinin yaydığı mәlumata әsasәn, Sidinin konvoyu dünәn sәhәr saatlarında hava limanına gedәrkәn hücuma mәruz qalıb.

Hadisә zamanı altı hәrbçi hәyatını itirib, dörd hәrbçi dә yaralanıb. Xәsarәt alan hәrbçilәr helikopter vasitәsilә paytaxt Moqadişoya aparılıb.

Hücuma görә mәsuliyyәti Es-Şәbab terror qrupaşması öz üzәrinә götürüb, TRT bildirir.

Qeyd edәk ki, Es-Şebab qruplaşması vaxtaşırı bölgәdәki mülki yaşayış mәntәqәlәrini vә tәhlükәsizlik qüvvәlәrini hәdәf alır.

Xəbəri paylaş

VİDEOLAR