SOCAR-ın qaz ehtiyatları artıb, neft ehtiyatları isə azalıb

SOCAR-ın qaz ehtiyatları artıb, neft ehtiyatları isə azalıb

Bu barədə SOCAR-ın 2020-ci il üzrə "Davamlı İnkişaf Hesabatı"nda bildirilib.

Rasthaber Azərbaycan xəbər verir ki, 2021-ci il yanvarın 1-i tarixinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş neft ehtiyatlarının həcmi 6,5 % azalaraq 112 milyard 350 milyon ton təşkil edib.

Hesabat dövründə SOCAR-ın istehsala daxil edilən neft ehtiyatları 61 milyard 311 milyon ton (illik müqayisədə 8,7 % az), istehsala daxil edilməyən neft ehtiyyatları 6 milyard 755 milyon ton (1,9 % az), işlənmiş neft ehtiyyatları 68 milyard 066 milyon ton (8 % az), işlənməmiş neft ehtiyyatları 44 milyard 284 milyon ton (4,1 % az) təşkil edib.

2021-ci il yanvarın 1-i tarixinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2 % artaraq 101 trilyon 449 milyard ton neft ekvivalentində təşkil edib.

Hesabat dövründə SOCAR-ın istehsala daxil edilən qaz ehtiyatları 46 trilyon 892 milyard ton neft ekvivalentində (illik müqayisədə 8,5 % az), istehsala daxil edilməyən qaz ehtiyyatları 3 trilyon 509 milyard ton neft ekvivalentində (13,4 % az), işlənmiş qaz ehtiyyatları 50 trilyon 401 milyard ton neft ekvivalentində (8,9 % az), işlənməmiş qaz ehtiyyatları isə 51 trilyon 049 milyard ton neft ekvivalentində (15,6 % çox) təşkil edib.

Qeyd edək ki, SOCAR-ın təsdiq edilmiş neft və qaz ehtiyatları “DeGolyer & MacNaugthon” şirkətinin 2020-ci ildə apardığı tədqiqat və qiymətləndirmə hesabatına istinadən verilib.

Xəbəri paylaş

VİDEOLAR