SOCAR Gürcüstanda çörək zavodları və çörəkbişirmə müsəssisələrinə qazın qiymətini endirdi

SOCAR Gürcüstanda çörək zavodları və çörəkbişirmə müsəssisələrinə qazın qiymətini endirdi

“SOCAR Georgia Gas” şirkəti Gürcüstanda çörək zavodları və çörəkbişirmə müəssisələri üçün qazın istehlak qiymətini 10 tetri (5 qəpik) endirib.

Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Nazir Natia Turnava şirkət rəhbərliyinə yüksək sosial məsuliyyətə görə təşəkkür edib.

Nazirlikdən qeyd olunub ki, adıçəkilən obyektlər bu ilin aprel və may aylarında 1 kub metr qaz üçün 86 tetri (46 qəpik) əvəzinə 76 tetri (41 qəpik) ödəyəcəklər.

N.Turnava şirkətin qərarını yüksək qiymətləndirib. Belə ki, qərar çörək zavodları və çörəkbişirmə məüəssisələrinə çörəyin qiymətini sabit saxlamağa imkan verəcək və bu da əhali üçün olduqca vacibdir.

Xəbəri paylaş

VİDEOLAR