Yəmənin paytaxtı Səna şəhərində iki quraşdırılmış bombanın işə düşməsi nəticəsində azı 10 nəfər həlak olub.
Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.
Bildirilib ki, paytaxt Səna şəhərinin 22-May prospektində bir otelin qarşısında iki quraşdırılmış bomba partlayıb.
İlkin məlumata görə azı 10 nəfər ölüb və 20 nəfər yaralanıb.
Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib.
Qeyd edək ki, Yəmənin paytaxtı Səna şəhəri və digər 13 əyalət husilərin və onların dəstəklədiyi "Milli Qurtuluş Hökuməti"nin nəzarətindədir.