Sənada partladılması planlaşdırılan üç minalanmış maşın zərərsizləşdirilib

Sənada partladılması planlaşdırılan üç minalanmış maşın zərərsizləşdirilib

Ənsarullah hərəkatının (husilər) dəstəklədiyi “Milli Qurtuluş Hökuməti”nin təhlükəsizlik qüvvələri paytaxt Səna şəhərində partladılması planlaşdırılan üç minalanmış maşını aşakarlayaraq, zərərsizləşdiriblər.

Az.rasthaber.com-un SalamNews-a istinadən məlumatına görə, təhlükəsizlik qüvvələri digər əyalətlərdə bombalarla quraşdırılmış və paytaxt Səna şəhərində hökumət obyektlərinin və kütlənin olduğu yerlərdə partladılması planlaşdırılan üç maşını aşkarlayıblar.

Təhlükəsizlik mənbələrinin məlumatına görə “bu terror aktları Səudiyyə Ərəbistanın Kəşfiyyatı tərəfindən hazırlanıb, yerli xainlər tərəfindən həyata keçiriləcəkmiş.”

Qeyd edək ki, paytaxt Səna şəhəri də daxil olmaqla Yəmənin 13 əyaləti husilərin dəstəklədiyi “Milli Qurtuluş Hökuməti”nin nəzarətindədir.

Xəbəri paylaş

VİDEOLAR