Səna rəsmiləri BMT Təhlükəsizlik Şurasının bəyanatına reaskiyada bildiriblər ki, Sənanın tələbləri ifrat deyil və o, yalnız öz hüquqlarını tələb edir.
Az.rasthaber.com xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurası dünən bir bəyanatda iddia etdi ki, Sənanın müzakirələrdəki ifrat tələbləri BMT-nin atəşkəs razılaşmasının əldə olunması üzrə səylərində pozuntunun yaranmasına səbəb olub.
Amerikanın Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Tim Lender Kinq də Yəməndə atəşkəs razılaşmasının uzadılması haqda Sənanın daha çox yumşaqlıq göstərməsini istəyib.
Yəmən milli qurtuluş hökumətinin müzakirə heyətinin üzvü Əbdülməlik Ələcəri BMT Təhlükəsizlik Şurasının bəyanatına reaksiyada deyib ki, təcavüzkar koalisiya ölkələri müxtəlif əyalətlərdə dövlət işçilərinin maaşlarının təmin edilməsində məsuliyyət daşıyırlar, zira onlar neft və qaz mənbələrinə yiyəlik edirlər.
Əbdülməlik Ələcəri əlavə edib: Səud koalisiyası ya dövlət işçilərinin maaşlarını ödəməlidir, ya da ki, neft hasilatının idarəçilyini Yəmən milli qurtuluş hökumətinə həvalə etməlidir. Belə olan halda, milli qurtuluş hökuməti bütün əyalətlərdə əmək haqqılarını ödəməyə hazırdır.
Bu məsələ ilə bağlı Yəmən silahlı qüvvələrinin təbliğat idarəsinin rəis müavini Abdullah bin Amir də BMT Təhlükəsizlik Şurasının bəyanatına reaksiya verib: Səud koalisiyası bizə maaşları ödəmək təklifini versə də, biz onu qəbul etmədik. Bizim başqasının ianəsinə ehtiyacımız yoxdur. Biz öz mənbə və hüquqlarımızı tələb edirik.
Səna hökumətilə səud koalisiyası arasındakı ikiaylıq atəşkəs 2022-ci il aprelin ikisində başlandı. İyunun ikisində BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirdi ki, döyüşən tərəflər əsas razılaşmanın öncəki şərtlərilə atəşkəsin daha iki ay müddətinə, yəni avqustun ikisinədək uzadılması barədə razılığa gəliblər. Avqustun ikisində də Yəməndə atəşkəs daha iki ay müddətinə uzadıldı.